Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) 2022-ci il üçün Cənubi Amerika zonası üzrə ən yaxşı futbolçunu və rəmzi komandanı müəyyən edib.
Football-plus.az xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messi ötən ilin ən yaxşı oyunçusu seçilib.
Onun kapitanı olduğu Argentina millisi region üzrə rəmzi komandada daha çox – 7 oyunçu ilə təmsil olunub. BFTSF-nin əməkdaşları ilin komandasına 4 braziliyalı oyunçunu layiq biliblər.
Qapıçı: Emiliano Martines (Argentina, “Aston Villa”).
Müdafiəçilər: Nikolas Otamendi (Argentina, “Benfika”), Tyaqo Silva (Braziliya, “Çelsi”), Kristian Romero (Argentina, “Tottenhem”).
Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina, “Atletiko”), Kazemiro (Braziliya, “Real”/“Mançester Yunayted”), Entso Fernandes (Argentina, “River Pleyt”/“Benfika”), Vinisius Junior (Braziliya, “Real”).
Hücumçular: Neymar (Braziliya, PSJ), Xulian Alvares (Argentina, “River Pleyt”/“Mançester Siti”), Lionel Messi (Argentina, PSJ).