Rəmzi komandada 5 çempion

31.07.2024 20:39 324
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası bu il keçirilən Amerika Kubokunun rəmzi komandasını açıqlayıb.

“Football-plus.az” xəbər verir ki, siyahıda ən çox futbolçu ilə təmsil olunan komanda turnirin qalibidi.

Xatırladaq ki, Argentina yığması finalda Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə çempion olmuş və Uruqvayı (15) arxada qoyaraq yeni rekord müəyyən etmişdi. Lionel Skaloninin çalışdırdığı komandanın 5 oyunçusu rəmzi “11-liy”ə layiq bilinib: qapıçı - Emiliano Martines (Argentina); müdafiəçilər - Xon Aramburu (Venesuela), Kristian Romero (Argentina), Davinson Sançes, Daniel Munyos (hər ikisi Kolumbiya); yarımmüdafiəçilər - Aleksis Makallister (Argentina), Xames Rodriges, Cefferson Lerma (hər ikisi Kolumbiya); hücumçular - Salomon Rondon (Venesuela), Lautaro Martines, Lionel Messi (hər ikisi Argentina).