“Ludoqorets”in futbolçuları ÇL-nin qrupunu arzulayır - AÇIQLAMA

6.08.2024 18:12 658
Manşet / Çempionlar Liqası
Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyunun keçirəcək. Rəqib Bolqarıstan “Ludoqorets”idi.

“Football-plus.az” xəbər verir ki, “qartallar”ın futbolçuları matçdan əvvəl verdiyi açıqlamalarda iddiasını gizlətməyib.
Olivye Verdon:
“Əlbəttə, qələbə qazanmaq ən yaxşısıdı. Çalışacağıq ki, ən pis halda heç-heçə əldə edək. Əsas oyunu isə evimizdə keçirəcəyik. İnanırıq ki, ikinci matçda daha rahat oynayıb istədiyimizi alacağıq. Bu mövsüm turnirin qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.

Pedro Naresi:
“Bu tunirdə asan rəqib və asan oyun yoxdu. Çətin olacağını bilirik. Amma bacaracağıq. Hədəfimiz Çempionlar Liqasının qrupuna yollanmaqdı”.

Qeyd edək ki, ilk oyun bu gün saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR