Mahir Emreli "Ludoqorets"lə oyunu buraxacaq

2.08.2022 10:39 436
Çempionlar Liqası
Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"lə (Bolqarıstan) səfər oyununu buraxacaq.

"Football-plus.az" Xorvatiya mətbuatına istinadən xəbər verir ki, hücumçu belindəki ağrı səbəbindən Bolqarıstana aparılmayıb.

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21.45-də başlayacaq.

Xatırladaq ki, M.Emreli Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss etmişdi. O, sözügedən görüşdə komandasının 4-cü qolunun müəllifi olmuşdu.