“Sabah” - “Makkabi” oyununun hakimləri

18.07.2024 17:09 381
Ölkə futbolu
“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri qismində Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah” - “Makkabi” oyunu saat 20.00-da başlayacaq.