“Football-plus.az” xəbər veiri ki, Slovakiya təmsilçisi ənənədən kənara çıxaraq avrokubok matçı ərəfəsində “Liv Bona Dea Arena”da məşqə çıxmaqdan imtina edib. Rəqibin belə addım atması maraq doğurdu. Görəsən, komanda “Liv Bona Dea Arena”da yox, başqa bir stadionda məşqə çıxacaq, yoxsa, ümumiyyətlə, məşq etməyəcək? Sualımıza cavab tapmaq üçün “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə danışdıq:
“Özləri imtina edib. Planlarında dəyişiklik olduğundan Bakıda məşq etməyəcəklər. Yəqin ki, səbəbini axşamkı mətbuat konfransında bildirərlər”.
KAMAL SƏFƏR





