Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının təqvimi

18.07.2023 16:49 266
İdman
Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu ilk matçda Türkiyə təmsilçisi “İstanbul Şişli” ilə üz-üzə gələcək.

Avqustun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15.00-da start götürəcək.

Vitali Borisovun kollektivi avqustun 24-də eyni saatda Almaniyanın “Jahn Regensburq”unu sınağa çəkəcək.

"Araz Naxçıvan" avqustun 26-da Bakı vaxtı ilə saat 18.00-da Latviyanın "Riqa" ilə görüşəcək.

Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.