Paskal Qross “Brayton”u tərk edəcək.
“Football-plus.az” xəbır verir ki, yarımmüdafiəçi “Borussiya”ya (Dortmund) keçməyə hazırlaşır. İnsayder Fabritsio Romanonun məlumatına görə, klublar 33 yaşlı almaniyalı oyunçunun transferi ilə bağlı razılığa gəliblər. Dortmund klubu bu transfer üçün 7 milyon avro ödəyəcək. Təcrübəli futbolçu ilə yaxında müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilənin imzalanması gözlənilir.
Paskal ötən mövsüm “Brayton”un heyətində 47 oyuna çıxıb, 5 qol vurub və 13 qolun ötürməsini verib. O, daha əvvəl Almaniyada “İnqolşdat” və “Hoffenhaym”da çıxış edib.