Nəhayət, Xavi Simonsun məsələsinə böyük ölçüdə aydınlıq gəlib.
O, Parisi yenə tərk edəcək. Niderlandlı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Leyptsiq”ə qayıdacaq. Almaniya klubunun PSJ ilə Xavinin eyni statusla növbəti keçidi üzrə razılığa gəldiyi xəbər verilir. Bunu leyptsiqlilərin baş məşqçisi Marko Roze bildirib.
Xatırladaq ki, Simons son mövsümdə Almaniya klubunda bütün turnirlərdə meydana çıxdığı 32 oyunda 8 qol vurub.