PSJ-yə məxsus olan niderlandlı yarımmüdafiəçi Almaniya klubunda icarə əsasında çıxış edir. Bu mövsüm bundesliqada meydana çıxdığı 21 oyunda 6 qol vuran futbolçunun icarə müddəti yayda sona çatacaq. Amma “Leyptsiq” onu yenidən sıralarına qaytarmağa çalışacaq. Klubun idman direktoru Ruven Şröder bu haqda belə açıqlama verib:
“Bu, bizim üçün kifayət qədər mənfi prosesdi. Simons mövsümün sonunda Parisə qayıdacaq. Amma bizim onu sıralarımızda saxlamaq üçün imkanımız olacaq”.




