Türkiyə klubundan ayrıldı, Azərbaycana qayıdır? – Coşqun açıqladı

28.06.2024 23:10 644
Ölkə futbolu / Manşet
Coşqun Diniyev “Ümraniyəspor”dan ayrıldı.

Bir həftə ərzində iki legioner futbolçumuzun Türkiyə çempionatından ayrılması sosial şəbəkələrdə müzakirə doğurdu. Hər kəsin ağlına Musa Qurbanlı hadisəsi gəldi. Yəni Şahin Diniyev də Qurban Qurbanov kimi oğluna “qucaq açacaq”. Onu da qeyd edək ki, Coşqunun ayrılmasına səbəb Türkiyə klublarında kütləvi hal alan maliyyə problemi, yəni maaşlarının verilməməsidi. Bəs səbəbkarın fikri nədi? Coşqunun “Football-plus.az”a cavabı belə oldu:
“Əvvəla qeyd edim ki, “Səbail”ə qayıtmağimla bağlı xəbərlər yanlışdı. Yəni Azərbaycandan heç bir klubla danışıqlar aparmamışam. Gələcək barədə nəsə danışmaq istəmirəm. Çünki hələ heç nə yoxdu. Menecerim vasitəsilə danışıqlar gedir”.

RÖYANƏ OĞUZ