Coşqun Diniyev oynadı, komandası böyük hesabla uduzdu

23.01.2024 10:00 203
Dünya futbolu
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” “Göztəpə” ilə qarşılaşıb və böyük hesabla uduzub - 1:4.

Coşqun start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 64-cü dəqiqədə sarı vərəqə də alıb.

Bu nəticədən sonra “Ümraniyəspor” 23 xalla 12-ci pillədə qərarlaşıb.