“Məqsədimiz qalib gəlmək və irəliləməkdi” - “Fehervar”ın baş məşqçisi

31.07.2024 10:56 318
Manşet / Konfrans Liqası
"Fehervar" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində evdə “Sumqayıt”ı qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Tamaş Petö matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib:
“Ötən həftəkindən daha çətin matç gözləyirəm. Rəqibimiz çox aktiv komandadı. Buna diqqət yetirməliyik. İlk matç yaxşı keçdi, amma biz də hələ orada deyilik və həqiqətən də diqqət etməliyik. Çünki Azərbaycan komandaları ötən həftə dörd oyundan üç qələbə qazanmaq ilə harada olduqlarını göstərdi və biz onlara həqiqətən hörmət etməliyik və bu vəziyyətdə bizim üçün məqbuldur! Lakin bizim məqsədimiz qalib gəlmək və irəliləməkdi”