"Sumqayıt"ın rəqibindən heç-heçə

29.07.2024 11:55 265
Dünya futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt”ın rəqibi olan “Fehervar” Macarıstan çempionatında mövsümün ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Keşkemet”lə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, “Fehervar” ilk görüşdə “Sumqayıt”a 2:1 qalib gəlib. Cavab oyunu iyulun 31-də Macarıstanda keçiriləcək.