"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" növbəti yoxlama oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, Macarıstan klubu Sloveniya təmsilçisi "Dekani" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Sumqayıt"ın "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.