“Football-plus.az” xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Tamaş Petö oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Rahat qələbə olmadı. Futbolçularda yorğunluq var idi. İlk 20 dəqiqəni yaxşı oynaya bilmədik. Qırmızı vərəqədən sonra toparlandıq. Nəticə göz qabağındadı. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu. "Sumqayıt" yaxşı komandadı. Evdə daha diqqətli olmalıyıq".





