Dünya çempionu İtaliyaya gəldi

30.07.2024 21:38 367
Dünya futbolu
Rafael Varanın çoxdan gözlənilən keçidi rəsmiləşib. “Mançester Yunayted”in və “Real”ın sabiq müdafiəçisi artıq “Komo”nun sıralarındadı.

“Football-plus.az” xəbər verir ki, yeni mövsümdən A seriyasında çıxış edəcək klubun rəsmi saytının məlumatına görə, 31 yaşlı oyunçu ilə “1+1 il” sxemi üzrə müqavilə imzalanıb. Fransa yığması ilə DÇ-2018-in qalibi olan müdafiəçinin 2021-ci ildən çıxış etdiyi MY ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatmışdı.

Rafael ötən mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib və 1 qol vurub.