Rafael Varanın “Mançester Yunayted”i tərk edəcəyi çoxdan məlum idi.
“Football-plus.az” xəbər verir ki, artıq onun çıxış edəcəyi yeni liqa da məlum olub. “Ekip” qəzeti fransız müdafiəçinin Səudiyyə Ərəbistanına yollanacağını xəbər verib. 30 yaşlı dünya çempionu artıq bu ölkədən bir çox təkliflər alıb.
Varan MY-də 2021-ci ildən çıxış edir. O, bu mövsüm komandada az oyun praktikasına malik olmasından narazıdı.