Almaniyadan Asiyaya üz tutacaq

29.07.2024 16:12 312
Dünya futbolu
“Bayer-04”ün hücumçusu Sərdar Azmun Almaniyanı tərk edəcək.

İranlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, Azmun artıq “Şəbab Əl-Əhli” ilə razılığa gəlib. Tibbi müayinədən problemsiz keçəcəyi halda futbolçu ilə gələn həftə müqavilə imzalanacaq.

“Bayer-04”ə 2022-ci ildə “Zenit”dən keçən 29 yaşlı Sərdar ötən mövsüm icarə əsasında “Roma”da çıxış edib.