“Yuventus” heyətinə yeni oyunçu cəlb etməyə yaxındı.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, Turin klubu “Nitsa”dan Kefren Türamın keçidini həll edib. 23 yaşlı yarımmüdafiəçi “Yuventus”da tibbi müayinədən problemsiz keçəcəyi halda onunla 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Kefren “Yuventus”un və Fransa millisinin sabiq müdafəçisi, dünya və Avropa çempionu Lilian Türamın oğludu. Onun qardaşı Markus Türam isə “İnter”də çıxış edir.
Atası kimi “Yuventus”da oynayacaq
Dünya futbolu




