Avropa çempionu Madrid klubunda

29.07.2024 15:34 277
Dünya futbolu
Robin Le Norman ilə bağlı məsələyə rəsmən aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Atletiko” “Real Sosyedad”ın mərkəz müdafiəçisini transfer edib. Madrid klubunun saytının məlumatına görə, İspaniya yığması ilə AÇ-2024-ün qalibi olan 27 yaşlı futbolçu tətildən qayıtdıqdan sonra yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

Le Normand ötən mövsüm “Real Sosyedad”da bütün turnirlərdə 43 oyun keçirib və 2 qol vurub.