AFFA-dan "Şamaxı"ya transfer qadağası? - idman direktoru həqiqəti dedi

29.07.2024 15:15 1 035
Ölkə futbolu / Manşet
"Şamaxı"nın ötən "futbol ili"ndən oyunçulara borclu qalması məsələnin ictimailəşməsiylə nəticələndi, müxtəlif iddiaların sayı artmaqdadı.

Mövzu ilə bağlı yayılan məlumatlardan biri də AFFA-nın xoşagəlməz duruma müdaxilə etməsidi. Kuluarlarda gəzən söz-söhbətə inansaq, assossasiyaya üz tutan futbolçuların şikayəti dinlənilib və problemin aradan qaldırılması üçün kluba xəbərdarlıq edilib. Bildirilib ki, əks halda "şirlər" transfer qadağasıyla üzləşə bilər.

Qeyd olunanlarla bağlı mövqeyini öyrənmək üçün "Şamaxı"nın idman direktoru Kamran İsmayılova üz tutduq. Onun "Football-plus.az"a dedikləri:

"Aprel üçün mövcud borcun yarısı ödənilibsə, may hələ tam qalıb. İndiyə qədər nəzərdə tutulan iki mükafat sahiblərinə təhvil verilib. Ən qısa zamanda qalan borclar da ödəniləcək. Hansısa sanksiya ilə üzləşməyimizə gəlincə, tam yalandı. Belə xəbərləri yalnız mətbuatda oxuyuruq. Kluba nə AFFA-dan xəbərdarlıq edilib, nə də sənəd göndərilib".

KƏNAN BAHADIR