Rövnəq Abdullayev “Şamaxı”nın prezidenti olacaq? – klub rəsmisi həqiqəti dedi

10.04.2024 01:10 660
Ölkə futbolu / Manşet
Son günlər kuluarlarda gəzən söz-söhbətə inansaq, AFFA prezidenti postunu Rövşən Nəcəfə “təhvil verən” Rövnəq Abdullayev futbolla əlaqələrini tam kəsmək niyyətində deyil.

O, növbəti mövsümdən etibarən hazırda 1-ci liqada çıxış edən “Şamaxı”nın prezidenti olmaq arzusundadı. Hətta onun kluba ciddi maliyyə ayıracağı bildirilir.

İddiaların doğru olub-olmadığını araşdırmaq məqsədilə “Şamaxı”nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri

“Belə məlumatın yayılmasından dünən xəbərdar olmuşam. Məndə olan bilgiyə görə, sadəcə, şayiədən ibarətdi. Mövzuyla bağlı yaxından-uzaqdan hansısa məlumat yoxdu. Yenə də nə olacağını demək mümkün deyil. Futbol elə sahədi ki, hər an nəsə baş verə bilər”.

KƏNAN BAHADIR