Miller daha 2 il “Turan Tovuz”un uğurları üçün çalışacaq

28.07.2024 23:01 375
Premyer-liqa
Roderik Millerlə müqavilənin müddəti daha bir uzadılıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Panama millisinin də şərəfini qoruyan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək “Turan Tovuz”un şərəfini qoruyacaq.

Xatırladaq ki, 2022-ci ildən Tovuz təmsilçisinin heyətində çıxış edən Miller bu müddət ərzində komandanın heyətində premyer-liqada 32 oyun keçirib və 6 qol vurub.