"Turan Tovuz"un legioneri milliyə dəvət aldı

19.03.2024 10:30 166
Ölkə futbolu
"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, yığmanın KONKAKAF Millətlər liqasının dördlər finalı üçün yekun heyətində müdafiəçi də yer alıb.

Qeyd edək ki, Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər. Turnirin finalı 24 mart tarixində olacaq.