"Turan Tovuz"un legioneri milliyə çağırıldı

6.06.2023 10:31 253
Ölkə futbolu
"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi 11-18 iyun tarixlərində KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF "Gold Cup 2023"də Panama millisinin sərəncamında olacaq.

Qeyd edək ki, Roderik Miller Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.