''Beşiktaş'' növbəti yoxlama oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, Covanni van Bronxorstun komandası 1-ci liqa təmsilçisi ''Gənclərbirliyi'' ilə qarşılaşıb. ''Kocaeli Stadionu''nda baş tutan oyunda ''ağ-qaralar'' 2:0 hesabı ilə üstün olublar. ''Beşiktaş''ın hər iki qolunu komandanın bu yay heyətinə qatdığı portuqaliyalı ulduz Rafa Silva aktivinə yazıb. İrəlidə onunla digər yeni transfer Çiro İmmobilenin bir-birini yaxşı anlaması ''Qartal'' fanatlarını yeni mövsümöncəsi ümidləndirib.
''Beşiktaş'' bu yayın son hazırlıq oyununu iyulun 30-da İstanbulda 1-ci liqanın digər təmsilçisi ''Sakaryaspor''a qarşı keçirəcək. Avqustun 3-də isə ''Beşiktaş''la ''Qalatasaray'' Türkiyə superkuboku uğrunda oyunda üz-üzə gələcək.
ƏLİ