Boksçumuz ikiqat Olimpiya çempionuna qalib gəldi

28.07.2024 18:48 336
İdman
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Football-plus.az” xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib. İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.