Bu gün Azərbaycanın daha üç idmançısı Paris-2024-də mübarizəyə başlayacaq.
“Football-plus.az” xəbər verir ki, yarışda əvvəlcə cüdoçularımız qüvvələrini sınayacaqlar.
1/16 finalda Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək.
Boksçularımızdan dünya çempionu Alfonso Dominges (92 kq) mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi ikiqat Olimpiya, beşqat dünya çempionu olan Xulio Sesar la Krusdur (Kuba). Bu döyüşün Bakı vaxtı ilə saat 18:18-də başlaması nəzərdə tutulub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycan yarış- 48 idmançı ilə qatılıb. Onlardan 2-si artıq mübarizəni medal qazanmadan dayandırıb.