Dominqes Paris-2024-də

2.06.2024 16:00 188
İdman
Azərbaycan Paris-2024-ə daha bir lisenziya əldə edib.

"Football-plus.az" xəbər verir ki, Alfonso Dominqes Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. 92 kq çəkidə mübarizə aparan boksçumuz Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində uğurlu çıxış edib. O, 1/4 finalda qırğızıstanlı Elkin Adilbek Uulunu 5:0 hesabı ilə məğlub edib. Bununla da, yarımfinala yüksələn idmançımız adını Paris-2024-ə yazdırıb.