Boksçumuz 5 qat dünya, 2 qat Olimpiya çempionuna qarşı rinqə çıxacaq

28.07.2024 13:07 394
İdman
Bu gün Azərbaycanın boks üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulur.

“Football-plus.az” xəbər verir ki, bu gün bir bokçumuz rinqə çıxacaq. Bu, 2021-ci ildə dünya çempionu adını qazanmış Alfonso Domingesdi (92 kq). O, turnirə 1/8 finaldan başlayacaq. Domingesin rəqibi isə çox güclüdür. O, Paris-2024-ün favoritlərindən olan Kuba boksçusu Xulio Sesar Krusdur. Sesar Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionudu.

Bu döyüşün Bakı vaxtı ilə saat 18:18-də başlaması nəzərdə tutulub.