"Səbail" heyətini ispaniyalı futbolçu ilə gücləndirdi

9.07.2024 17:52 298
Ölkə futbolu
Hazırlıqlarını davam etdirən "Səbail" heyətini ispaniyalı futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, “dənizçilər” son olaraq Bolqarıstan təmsilçisi “Etır”da çıxış etmiş Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb.

31 yaşlı dayaq yarımmüdafiəçisi paytaxt təmsilçisində 8 nömrəli formada çıxış edəcək.