"Səbail" Amirlə anlaşdı - RƏSMİ

7.07.2024 17:55 320
Ölkə futbolu
2024/25-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

"Dənizçilər” son klubu Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı albaniyalı mərkəz müdafiəçisi komandada 44 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib.