“Səbail” “Hatayspor”la heç-heçə etdi - Şahin Diniyev dəyərləndirdi

17.07.2024 01:25 441
Ölkə futbolu / Manşet
“Səbail” artıq 12 gündü Ərzurumda təlim-məşq toplanışları keçir.

Bu müddətdə “dənizçilər” iki yoxlama oyununa da çıxıb. İyulun 11-də Türkiyənin 1-ci liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gələn Şahin Diniyevin komandası 2:3 hesabıyla məğlub oldu. İyulun 13-də isə “dənizçilər” superliqada mübarizə aparan “Hatayspor”la qarşılaşdı. Ötən mövsümün son turunda elitada qalmağı bacaran Türkiyə klubu bizimkilərlə heç-heçəyə razılaşdı - 1:1. Bayıl təmsilçisinin heyətində yeni transfer Gülağa Əsədov fərqlənib. Bərabərlik qolunu isə Recep Burak Yılmaz vurub.

“Səbail”:
1. Huseynəli Quliyev, 44. Amir Bilali, 3. Dmitri Litvin, 74. Yusif Nəbiyev, 6. Cabir Əmirli (k), 8. Qorka Laruçça, 77. Fərid Nəbiyev, 7. Madi Queta, 14. Süleyman Alluş, 83. Nihad Quliyev, 19. Samir Abdullayev

Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 12. Əlirza Müştəbazadə, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 18. Süleyman Əhmədov, 20. Mərt Çəlik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 21. Ayman Buali.

“Dənizçilər”in baş məşqçisi Şahin Diniyev “Hatayspor”la oyun barədə fikirlərini bölüşüb:
“Yorğunluq fonunda ikinci yoxlama oyununu arxada qoyduq. Bilindiyi kimi, yeni komandayıq, düşərgədə yeni futbolçular çoxdu. Birinci yoxlama oyunumuzda taktiki heç nə etməmişdik, ancaq ikincidə həm fiziki, həm də taktiki məşqlər etdik. Ona görə də futbolçular yaxşı çıxış göstərdilər. Baxmayaraq ki, superliqası təmsilçisi olan “Hatayspor”a qarşı oynadıq. Verilən tapşırıqları deyildiyi kimi yerinə yetirdilər. Meydanda yaxşı oyun getdi. Fiziki cəhətdən 5-6 gündə böyük artım görünür. Hesab edirəm ki, komanda düzgün yoldadı və daha uğurlu oynayacağıq”.


RÖYANƏ OĞUZ