Mert Çelik “Səbail”də - RƏSMİ

10.07.2024 20:11 328
Premyer-liqa
“Səbail” daha bir futbolçunun transferini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çeliklə 1 illik müqavilə imzalayıb.

U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli formada çıxış edəcək.