Rafael Utziq: “Çalışacayıq ki, həm evdə, həm də səfərdə yaxşı mübarizə apararaq sərfəli nəticə qazanaq”

24.07.2024 18:56 314
Manşet / Konfrans Liqası
Sabah “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Slovakiyanın “DAK 1904” komandasıyla evdə qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, “qartallar”ın braziliyalı hücumçusu Rafael Utziq oyundan qabaq keçirilən mətbuat konfransında iştirak edərək, oyunla bağlı fikirlərini bölüşüb və jurnalsitlərin suallarını cavablandırıb:
“Düşünürəm ki, sabah vacib oyuna çıxacayıq. Bu oyunda sərfəli nəticə qazanmaq bizim üçün ilkin prioritet olacaq. Baş məşqçi vasitəsilə rəqib haqda mümkün olan bütün informasiyalar bizə ötürülüb. Bu oyunda sərfəli nəticə qazanmaq istəyirik.


- Bu rəqibi keçmək üçün potensialınız necədi?
- Komanda olaraq ötən mövsümdən bəri əksər heyətlə birlikdə çıxış edirik. Bu amili nəzərə alsaq, belə komandalara qarşı yaxşı mübarizə aparmağa gücümüz çatır. Doğrusu, rəqibi elə də yaxşı tanımırıq. Çünki, ilk dəfə mübarizə aparacayıq. Amma çalışacayıq ki, həm evdə, həm də səfərdə yaxşı mübarizə apararaq sərfəli nəticə qazanaq və növbəti mərhələyə adlayaq.

KAMAL SƏFƏR