Türkiyə Futbol Federasiyasının yeni rəhbərliyi İbrahim Hacıosmanoğlunun başçılığı altında ilk ciddi addımını atıb.
Belə ki, yeni mövsüm üçün legioner limiti 12-dən 14-ə yüksəldilib! Yeni qərara görə klublar mövsümlük iştirak ərizəsinə 14 futbolçunun adını sala biləcək. Ancaq oyunların iştirak ərizəsinə 12 əcnəbi futbolçu salına biləcək. Bundan başqa klubların meydana 11 legioner ilə çıxa bilməsi qərarı qüvvədə saxlanılıb. 1-ci liqa klubları isə mövsümlük iştirak ərizəsinə yalnız 8 legioner daxil edə biləcək.
ƏLİ