• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə futboluna hansı yeniliklər gətirildi? - Azərbaycan vətəndaşları yenidən legioner sayılacaq

Dünya futbolu / Manşet

13-01-2024, 23:0

Türkiyə Futbol Federasiyasının (TFF) idarə heyətinin son toplantısında bir sıra yeni qərarlar qəbul edilib.

"Football-plus.az" xəbər verir ki, bu yeniliklər ofsaydın müəyyənləşdirilməsi, legioner limiti, eləcə də ölkə kubokunun formatı ilə bağlıdı. Yazıda bunların hamısına bir-bir toxunacağıq.

Kubokun formatı...
Türkiyə kubokundan başlayaq. Zatən XXI əsrdə bu turnirin formatı dəfələrlə dəyişib. TFF turnirin baxımlılığını və marağı artırmaq üçün növbəti dəfə dəyişikliyə getmək qərarına gəlib. 2017-ci ildən bu yana qrup mərhələsi ləğv olunmuşdu. Amma gələn mövsümdən etibarən yenidən qrup mərhələsi olacaq. Turnir aşağı liqa təmsilçilərinin mübarizəsi ilə start götürəcək. Qalibin bir oyunla müəyyənləşəcəyi 3 mərhələdən və bir pley-offdan sonra qrupa vəsiqə qazanan 19 komanda bəlli olacaq. Onlara superliqanın əvvəlki mövsümünü ilk “5-lik”də bitirən komandalar da qoşulacaq. 24 komanda 3 “torba”ya bölünəcək. Hərəsində 6 komanda olmaqla 4 qrup yaradılacaq. Hər qrupda hər “torba”dan 2 komanda yer alacaq. Oyunlar ev-səfər prinsipi ilə yox, İsveçrə sistemi ilə keçiriləcək. Hər komanda hər torbadan gələn 1 kollektivlə qarşılaşacaq. Yəni hər komanda qrupda cəmi 3 oyun keçirəcək! İlk iki pilləni tutanlar 1/4 finala vəsiqə qazanacaq. Pley-offa aid olan digər detallar isə daha sonra açıqlanacaq. Amma belə güman edilir ki, pley-offun püşkatmasında artıq “səpələnmişlər” və “səpələnməmişlər”də yer alanlar olmayacaq. Hazırkı formatda pley-offda oyunlar “səpələnmişlər”in sırasında yer alan komandaların meydanında keçirilir ki, bu da böyük narazılıqlara səbəb olurdu. Amma yeni formatda pley-offda “kor püşk” olacaq və oyunun harda keçirilməsi də məhz puşk vasitəsilə müəyyən ediləcək. Bundan başqa, artıq yarımfinalda da qalib bir oyunla bəlli olacaq. Halbuki son illərdə tətbiq olunan formatda yarımfinal mərhələsi ev-səfər prinsipi ilə keçirilirdi.

...və legioner limiti yenə dəyişdi
Digər yenilik legioner limiti ilə bağlıdı. Elə limit məsələsi də Türkiyə futbolunun ən bəlalı yeridi. Çünki çox tez-tez dəyişdirilir. Demək olar, federasiyanın başına keçən hər kəs limiti dəyişməyə cəhd edir. Belə qeyri-sabitlik heç də Türkiyə futbolunun xeyrinə olmur. Ümumiyyətlə, qeyd edək ki, qardaş ölkədə əcnəbi futbolçulara aid ilk qayda hələ 1971-ci ildə tətbiq olunub. O vaxt hər komandaya bir legioner transfer etməyə icazə verildi. Amma həmin futbolçunun yaşı 25-i ötməməliydi. Hərçənd son bir ildə öz yığmasının şərəfini qorumuş futbolçu üçün yaş limiti nəzərə alınmırdı. Bu qayda 5 il qüvvədə qaldı. 1977-ci ildən başlayaraq klublara iki legionerlə müqavilə imzalamağa icazə verildi. Sonradan limit 1989, 1996, 1998, 2001, 2002, 2004, 2007, 2010, 2011, 2013, 2014, 2015 və sonuncu dəfə 2021-ci ildə dəyişdirilmişdi. Son limit “8+6” idi. Yəni klublara 14 legionerin adını mövsümlük iştirak ərizəsinə salmağa icazə verilir. Amma onların yalnız 8-i eyni anda meydanda ola bilər. Bu dəfə isə TFF 5 illik yeni bir plan cızıb. Beləliklə, gələn mövsümdən etibarən klublara iştirak ərizəsinə 12 legioner salmağa icazə veriləcək. Əsas yenilik ondan ibarətdi ki, start heyətində yerli futbolçu oynatmaq məcburiyyəti aradan qaldırılıb! Yəni klublara start heyətində 11 legioner meydana buraxmağa icazə veriləcək. Bu qayda qarşıdakı 3 ildə tətbiq olunacaq. 202728 və 2028/29 mövsümlərində isə klublara 12 yox, 11 əcnəbini iştitrak ərizəsinə salmağa icazə veriləcək. Maraq üçün bildirək ki, hazırda müqavilə ilə “Beşiktaş”ın 15, “Fənərbaxça”nın 16, “Qalatasaray”ın və “Trabzonspor”un 13 legioneri var. Bundan başqa, 2024/25-dən etibarən mövsümlük iştirak ərizəsinə 30 yox, maksimum 26 futbolçunun adı yazıla biləcək. Daha bir yenilik ondan ibarətdi ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olanlar da yenidən legioner sayılacaq. Bilindiyi kimi, ötən ilin yayında klublara bu ölkələrdən olan maksimum bir futbolçu ilə müqavilə imzalamağa icazə verilmişdi. Həmin futbolçu yerli statusunda oynayacaqdı. Bu qərar yığışdırıldı. Amma “Beşiktaş” qazaxıstanlı Bəxtiyar Zaynutdinovu müqavilə müddətinin sonuna, yəni 2027-ci ilə qədər yerli statusunda oynada biləcək. Sadəcə, müqaviləsi yeniləndiyi andan etibarən o artıq legioner sayılacaq.

Yarımavtomatik ofsayd sistemi!
Digər yenilik gələn mövsümdən yox, artıq bu mövsümdən, yəni həftəsonu start götürəcək ikinci dövrədən etibarən qüvvəyə minəcək. Söhbət ofsaydın yarımavtomatik sistemlə müəyyənləşdirilməsindən gedir. Bilindiyi kimi, bu yeni texnologiya ötən mövsümdən etibarən Çempionlar Liqasında tətbiq olunmağa başlamışdı. Daha sonra ondan DÇ-2022-də də istifadə olundu. Bu sistem 12 xüsusi kamera ilə həyata keçirilir. Kameralar stadionun damlarına və müxtəlif yerlərinə quraşdırılır. Onlar topu 29 fərqli nöqtədə saniyədə 50 dəfə izləməyə və dəqiq yerini müəyyənləşdirməyə imkan verir. Daha sonra qısa müddətdə müəyyən edilən ofsayd qərarı 3D görüntü vasitəsiylə ekran başındakılara da göstərilir. Yəni bundan sonra Türkiyə futbolunda ən azı ofsaydın müəyyənləşdirilməsi problemi aradan qalxacaq. VAR-da ofsaydın müyyən edilməsi üçün bir neçə dəqiqə gözləmək lazım gəlməyəcək. Eləcə də “xətt əyri çəkildi” kimi söz-söhbət olmayacaq. Avropanın milli çempionatlarında bu sistem yalnız İtaliyada tətbiq olunur. Yəni Türkiyə Avropada İtaliyadan sonra ofsaydın yarımavtomatik müəyyənləşdirilməsi sistemini tətbiq edən ikinci ölkə olacaq! TFF-dən verilən rəsmi açıqlamada artıq superliqada iştirak edən bütün klubların stadionlarına lazımi kameraların quraşdırıldığı qeyd olunub.
Bu arada Hakimlər Komitəsi (HK) də bəzi yeniliklər həyata keçirib. İlk növbədə VAR hakimlərinin sayı artırılıb. Superliqaya 26 yeni VAR hakimi əlavə olunub. Başqa sözlə desək, mövsümün ikinci dövrəsi üçün 14-ə bərabər olan VAR hakimlərinin sayı 40-a çatdırılıb. Hakim təyinatlarının həyata keçirilməsində də ciddi dəyişiklik nəzərə çarpır. Bilindiyi kimi ötən mövsümdən başlayaraq hakimlər kompüter, daha doğrusu, alqoritm vasitəsilə müəyyənləşdirilirdi. Bundan sonra hər oyun üçün alqoritmlə 3 hakim müəyyənləşdiriləcək. HK isə matçı idarə edəcək hakimi bu üç nəfər arasından seçəcək.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-04-2023, 18:0

Yeni mövsümün başlanğıc tarixi bəlli oldu

İdman

9-07-2023, 15:0

MBA: turnir içində turnir

Yığma

31-10-2022, 23:0

U-19 AÇ-yə əsas mərhələdən başlayacaq

Aktual
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
Son xəbərlər
  • Bu gün, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Bu gün, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Bu gün, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Bu gün, 16:07
    Hamını arxada qoydu
  • Bu gün, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Bu gün, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Bu gün, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Bu gün, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Bu gün, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Bu gün, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Bu gün, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Bu gün, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Bu gün, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Bu gün, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Bu gün, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Bu gün, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə