Boksçularımızın ilk rəqibləri bəlli oldu - AÇ

17.09.2026 11:13 63
İdman
Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. Püşkdə millimizin idmançılarının da ilk rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə yığmamızın 2 boksçusu rinqə çıxacaq.

Çempionatın qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.

Avropa çempionatı
17 sentyabr
1/16 final

Seyid Seyidov (85 kq) - İdris Leqanes (Belçika)
Nəbi İsgəndərov (70 kq) - Miloş Poqanoviç (Monteneqro)

18 sentyabr
1/16 final

Məhəmmədəli Aşırəliyev (60 kq) - Edqaras Skurdelis (Litva)
Malik Həsənov (65 kq) - Bilge Kağan Kanlı (Türkiyə)

19 sentyabr
1/8 final

Amin Məmmədzadə (55 kq) - Bulaiz Nadir (Belçika)/Jirayr Sarkisyan (Ermənistan)

20 sentyabr
1/8 final

Zeynəb Rəhimova (54 kq) - Buse Naz Çakıroğlu (Türkiyə)
Sübhan Mamedov (50 kq) - Emanuel Koça (Albaniya)
Rauf Rəhimov (90 kq) - Kevin Lebovski (Almaniya)
Məhəmməd Abdullayev (+90 kq) - Nikolay Burdiuja (Moldova)

21 sentyabr
1/8 final

Səidcəmşid Cəfərov (75 kq) - Davron Bozorov (Moldova)/Muksim Abdullay (Almaniya)
Murad Allahverdiyev (80 kq) - Rastko Simiç (Serbiya)/Arvidas Dainis (Litva)