Elvin “Qəbələ”yə qayıtdı

17.09.2026 10:31 45
Ölkə futbolu
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi təcrübəli yarımmüdafiəçi Elvin Camalovu sıralarına qatıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Camalov “Qəbələ” akademiyasının yetirməsidi. O, 2012-ci ildən 2019-cu ilə qədər bu klubun formasını geyib. Futbolçu əvvəlcə U-19 komandasında, daha sonra əvəzedicilərdə oynayıb. Elvin 2013-19-cu illərdə isə “Qəbələ”nin əsas komandasında çıxış edib.

Camalov “Qəbələ”nin əsas heyətində 132 oyuna çıxıb. O, daha sonra “Zirə”, “Sabah” və “Neftçi”də çıxış edib.