Hazırda Ərzurumda olan “Neftçi”nin toplanış çərçivəsində artıq üç oyun keçirdiyindən xəbərdarsız.
“Football-plus.az” xəbər verir ki, bu vaxta qədər Türkiyə superliqasının təmsilçiləri “Alanyaspor”la (3:1) “Sivasspor” (2:1) üzərində qələbə qazanan Roman Qriqorçukun komandası 1-ci liqa klubu “Ərzurumuspor”la (0:0) bərabərə qalmışdı. Redaksiyamıza daxil olan məlumata görə, “ağ-qaralar” dördüncü, yəni sonuncu yoxlama matçını iyulun 25-də Səudiyyə Ərəbistanının elita təmsilçisi “Əl-Oruba”ya qarşı keçirəcək.
Xatırladaq ki, ötən mövsümü 2-ci sırada tamamlayan “Əl-Oruba”nı çempion “Əl-Qadisiyədən 9 xal ayırıb.
KAMAL SƏFƏR