Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi"nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər bəlli olub.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" ilk olaraq iyulun 13-də Türkiyə Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.
Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər superliqa klubu “Sivasspor” olacaq
Qeyd edək ki, iyulun 8-də qardaş ölkəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.
"Neftçi" Türkiyə superliqası klublarıyla qarşılaşacaq
Ölkə futbolu



