"Neftçi" bu gün "Alanyaspor"la qarşılaşacaq

13.07.2024 11:19 359
Ölkə futbolu
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.