"Neftçi" superliqa təmsilçisinə qarşı

17.07.2024 11:07 289
Ölkə futbolu
Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçına çıxacaq.

Roman Qriqorçukun komandası Türkiyə Superliqası təmsilçisi "Sivasspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Türkiyədəki ilk yoxlama matçında "Alanyaspor"a 3:1 qalib gəlib.