Arda Turanın çalışdırdığı 1-ci liqa təmsilçisi ''Eyupspor'' yeni mövsümə əla başlayıb.
“Football-plus.az” xəbər verir ki, güclü heyət quran və superliqaya yüksəlməyə əsas namizəd sayılan ''Eyupspor'' yeni mövsümün ilk 3 oyunundan maksimum nəticə ilə ayrılıb. Komandanın bu 3 qarşılaşmadakı top fərqi də diqqət çəkir - 7:0. Xatırladaq ki, Arda ''Eyupspor''un başına ötən mövsümün sonlarında keçmişdi. O, komandanı pley-offa daşısa da, elitaya yüksəldə bilməmişdi. Bu arada dünən ''Eyupspor''un növbəti qələbəsinə həsr olunmuş paylaşımda bir futbolsevər Ardanın məşqçilik qabiliyyətinə şübhə ilə yanaşaraq bunları yazdı: ''Ardanın həqiqətən də ''Eyupspor''dan ''Atletiko''ya qədər yüksələcəyinə inanan varmı?'' Maraqlıdı ki, onun şərhinə Arda özü bu cür cavab yazdı: ''Mənim Manisada oynayarkən də ''Barselona''ya qədər yüksələ biləcəyimi düşünən yox idi. Artıq belə şeylərə alışmışam''. 36 yaşlı gənc mütəxəssisin verdiyi cavab böyük marağa səbəb oldu.
Arda Turandan möhtəşəm cavab
Dünya futbolu





