İspaniyalı futbolçu Türkiyə klubunda

31.07.2022 12:56 387
Dünya futbolu
Türkiyənin “Girəsunspor” klubu heyətini yeni transfer edib.

Football-plus.az xəbər verir ki, superliqa təmsilçisi Borxa Saynsla heyətini gücləndirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyanın “Alaves” klubundan transfer olunmuş 21 yaşlı vingerlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Borxa Sayns “Atletik”in yetirməsi olsa da, peşəkar karyerasına məhz “Alaves”də başlayıb. O, 2019-cu ildən cəlb olunduğu əsas komandada 40 oyun keçirib, 2 qol vurub. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Saraqosa”da keçirib.