Borxa Mayoralın aqibəti müəyyənləşib.
Football-plus.az xəbər verir ki, “Real” hücumçusunu “Xetafe”yə satacaq.
“Marka” qəzetinin yaydığı məlumatda İspaniya klublarının 25 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəldikləri bildirilir. “Xetafe” transfer üçün “Real”a 10 milyon avro ödəyəcək. Mayoral Madridətrafı şəhərciyin təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, ispan futbolçu müqavilə ilə “Real”a 2014-cü ildən bağlıdı. Borxa 2021/22 mövsümünü icarə əsasında məhz “Xetafe”də keçirib. O, bu statusla “Volfsburq”, “Levante” və “Roma”da da oynayıb.