• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnanılmaz: “Zirə” 2:0 önə çıxdı və dayandı - REPORTAJ

Reportaj / Avrokuboklar

20-07-2024, 17:0

Yenicə yığılan və maliyyə problemi yaşayan rəqiblə oyunun artıq 5-ci dəqiqəsində 2:0 önə çıxasan, sonra da ayrı-ayrı oyunçuların səhlənkərlığı və məsuliyyətsizliyi, eləcə də baş məşqçinin yanlış qərarları üzündən önəmli üstünlüyü əldən verib Konfrans Liqasına yollanasan…

Bunu yalnız “Zirə” bacarardı. Avropa Liqasında növbəti mərhələyə adlamaq “qartallar”ı KL-in qrupuna çox yaxınlaşdıracaqdısa, indi yenə dərdlərimizlə baş-başayıq.

Oyun başlar-başlamaz Hacıağanın ötürmədə səhvə yol verməsi ürəkləri titrətdi. Xoşbəxtlikdən Tyaqo vaxtında irəli atılıb topa yiyələndi. Bir qədər sonra Kyabunun Eldara qarşı qaydanı pozması Sariyevin gözündən qaçmadı. Cərimə zərbəsini vurmaq Qismətə həvalə olundu. Volkov kapitanın qapı önünə ötürməsindən sonra topun istiqamətini dəyişərək arxaya çatdırdı ki, Utziq də asanlıqla hesabı açdı.

"Qartallar"ın növbəti standart vəziyyəti də təhlükəli oldu. Lakin Renato Qismətin qapı önünə göndərdiyi topa uğursuz zərbə vurdu. "Arılar"ın ilk təhlükəli hücumu 18-ci dəqiqəyə təsadüd etdi. Qonaqlar Hacıağanın daha bir qeyri-dəqiq ötürməsi üzündən topu ələ keçirdi. Lakin moldovalılar bu dəfə də məqsədə çata bilmədi. Ona görə ki, Tyaqo Ademonun zərbəsini dəf etdi. Meydan sahiblərinin rəqibin şıltaqlığına cavabı gecikmədi. Dərhal Eldarın simasında başlayan əks-hücumu Suma zərbəylə tamamlasa da, Mossa topu uzaqlaşdırdı.

Ümumiyyətlə, "Şerif" tələsirdisə, "Zirə" təmkinli davranırdı.
Hər şey meydan sahiblərinin xeyrinə olarkən 38-ci dəqiqədən sonra hadisələrin axarı dəyişdi. Belə ki, Utziq Linsin kobudluğundan sonra Sumanın yerdə qaldığını görüb topu meydandan çıxardı. Matç bərpa ediləndən sonra "Şerif" topu "Zirə"yə qaytarsa da, "qartallar" yenidən rəqibə çatması üçün meydandan çıxardılar. Epizodun ardınca meydan sahiblərinin xeyrinə qayda pozuntusu qeydə alındı. Lakin bir neçə saniyə sonra Sumanın heç bir əsas olmadan Yadenin üzünə vurması "qırmızı" almasıyla nəticələndi!

Beləliklə, “Zirə” 40-cı dəqiqədən etibarən azlıqda qaldı. Artıq aydın idi ki, “qartallar”ı çətin 2-ci hissə və bəlkə də əlavə vaxt gözləyir.

Bəs Rəşad Sadıqov nə etdi? İlk yarıda yetərincə fəal olan Utziqi meydandan alıb Akanı oyuna qoşdu və mərkəz müdafiəçilərinin sayını artırdı. Belədə rəqibin əli-qolu açıldı, hücumlarının sayı və kəsəri artdı. 54-cü dəqiqədə cinah asmasından sonra Allaşın hesabı bərabərləşdirməsi “Zirə” üçün həyəcan siqnalı olmalıydı. Amma olmadı, “qartallar” bir qədər də artıq qüvvə ilə müdafiənin qayğısına qaldı. “Dişi qana batan” qonaqlar isə hücum cəhdlərini daha da intensivləşdirdi.

65-ci dəqiqədə Zeblinin cərimə meydançası yaxınlığında Miyanı yıxması hakimin gözündən yayınmadı. Burda Badolo "Zirə"ni cəzalandırmaq məqsədilə birbaşa qapını nişan alsa da, qeyri-dəqiq oldu. Meydan sahibləri arabir əks-hücuma çıxmağa çalışsalar da, irəlidə çoxluq yarada bilmirdilər. Rəşad Sadıqovun İsmayılla Fuadı oyuna qoşması, 73-cü dəqiqədə artıq yorulan Volkovu Əhmədzadə ilə əvəzləməsi də heç bir effekt vermədi. 77-ci dəqiqədə “qartallar”ın qorxduğu başına gəldi.

“Şerif”in ümumi hesabı bərabərləşdirməsinin üç günahkarı var. Əvvəlcə Qismət rəqibin zərbəsindən sonra meydandan çıxmaqda olan topa müdaxilə edib kornerə səbəbkar oldu. Ardından Allaş uzaq dirək önünə asma etdi, özünü Azərbaycan çempionatının bir nömrəli qapıçısı sayan Tyaqo çıxışda səhvə yol verdi, Hacıağa mövqeyini itirdi və Yade rahatca qapıya yol tapdı.

Düzdü, Qismət 82-ci dəqiqədə günahını yuya bilərdi. Sadəcə, onun cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi top tirdən qayıtdı. Qalan dəqiqələr "arılar"ın ardıcıl hücumları, "qartallar"ın möhkəm müdafiəsiylə müşayiət olunduğundan əlavə vaxta ehtiyac duyuldu. Artıq havanın da təsiri ilə komandalar çox yorğun görünürdü. "Şerif"in tutarlı hücumları yoxa bərabər idisə, "Zirə" müdafiəsi ayıq-sayıqlığı qorudu. Həmçinin qayda pozuntularının bir-birini izləməsi tempi xeyli aşağı saldı.

Əlavə vaxtın 2-ci hissəsində qonaqlar fəallığıyla seçildi. Moldovalılar gah sağ, gah da sol cinahdan irəli atılır, bəxtini sınamağa tələsirdi. Amma 120 dəqiqə qalibin müəyyənləşməsi üçün yetərli olmadı. Nəticədə penalti seriyasına start verildi. "Zirə"dən Qismət, Renato, Ceyhun və İsmayıl dəqiq olsa da, Fuad qapı tirini "nişan aldı", qonaqlardan isə heç kim büdrəmədi. Daha doğrusu, Tyaqo yenə də heç nə bacarmadı.

Beləliklə, "qartallar" mübarizəni Konfrans Liqasının 2-ci mərhələsində davam etdirəcək. Rəqib Slovakiyanın "DAK 1904" klubudu.

KƏNAN BAHADIR 

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

16-03-2023, 16:0

“Zirə” 4-cü yer uğrunda mübarizədə ağır zərbə aldı - REPORTAJ

Premyer-liqa

7-05-2024, 21:0

Zirə” Avropaya bir addım da yaxınlaşdı - REPORTAJ

Premyer-liqa

30-04-2024, 20:0

Elmar Baxşıyev “Zirə”nin avrokubok iddiasına ciddi zərbə vurdu - TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

5-12-2023, 13:0

“Zirə”nin “Neftçi” ilə bağlı səfər sindromu davam edir – REPORTAJ

Premyer-liqa / Reportaj

6-02-2024, 15:0

Qəbələ "Zirə"yə yenə 3 xal vermədi - REPORTAJ

Ölkə kuboku / Reportaj

25-04-2024, 12:0

“Qəbələ” kubokdan da əlini üzdü - REPORTAJ

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə