• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qəbələ "Zirə"yə yenə 3 xal vermədi - REPORTAJ

Premyer-liqa / Reportaj

6-02-2024, 15:0

Qəbələ səfəri "Zirə" üçün heç də həmişə uğurlu alınmır.

"Qartallar" bu bölgədən birinci və sonuncu dəfə 2016-cı ildə 3 xalla (2:1) qayıdıb ki, başqa hallarda ya qalib müəyyənləşməyib, ya da meydan sahibləri rəqibi əliboş yola salıb. Təbii ki, qəsəbə təmsilçisinin hədəflərindən biri də belə uğursuz statistikaya son qoymaq idi. Amma hər şey bununla bitmir. Bir qədər əvvəl başa çatan oyunda "Sumqayıt"ın "Neftçi"ni məğlub edərək (2:1) 2-ci pilləyə yüksəlməsi "Zirə" üçün bəd xəbər idi. Rəşad Sadıqovun yetirmələri ilk "dördlük"də möhkəmlənmək üçün mütləq qələbə qazanmalıydı. "Qırmızı-qaralar"ın durumu isə bəllidi. Sonuncu pillədəki komanda "Kəpəz"dən 3 xal geridədi və bu heç də yaxşı əlamət deyil. Odu ki, "Qəbələ" “doğma divarlar” və "düşərli rəqib" amilindən yararlanıb durumu düzəltməliydi. Amma nə ev sahibləri istəyinə çatdı, nə də qonaqlar.

Rəşad Əhmədovun start fiti hər iki tərəf üçün çətin imtahanın başlanğıcı oldu. İlk dəqiqələr "Zirə"nin üstün performans sərgiləməsiylə yadda qaldı. Bakılılar təhlükəli vəziyyətlər yaratdı. Amma nə Renato, nə də İsmayıl Qismətin ötürmələrindən sonra topu qapıdan keçirə bildi. Oyun belə davam edəcəyi halda "qartallar"ın hesabı açacağı bəlli idi. Amma Ülvi İsgəndərovun da öz planı varmış. O, İlkinin qeyri-dəqiq ötürməsindən və Tyaqonun qapıdan xeyli irəli çıxmasından faydalanıb topu təxminən 50 metrdən tora qovuşdurdu. Portuqaliyalı qolkiper dərhal mövqeyinə qayıtsa da, iş işdən keçmişdi. Hesabın erkən və havada süzülüb "çərçivə"yə daxil olan fantastik qolla açılması qonaqlar üçün "soyuq duş" effekti versə də, tez toparlana bildilər. Nəticədə çox keçmədən hesab bərabərləşdi. Daha dəqiqi, yeni hücum cəhdinə başlayan qonaqlar rahatlıqla irəli getdi. Topu öncə Tyaqo Çantakiasa, o Ceyhuna, sonuncu isə uzun ötürməylə Rəhimə çatdırdı. Yarımmüdafiəçi dabanıyla dəqiq oynadı. Burda İlkin bayaq haqqında bəhs etdiyimiz səhvi "yudu". "Zirə"nin oyunçusu Rəhimin ötürməsini yumşaq toxunuşla qapının yaxın küncünə göndərdi. Bundan sonra oyunun axarı o qədər də maraqlı olmadı. Bilindiyi kimi, "Qəbələ"nin bir neçə aparıcı oyunçusu cəzalı olduğundan bu matçda iştirak etmirdi. Ayzayanın zədəli olması azmış kimi, yeni transfer Bauk da cəmi 16 dəqiqə oynayandan sonra meydanı tərk etdi. "Zirə"nin hücumlarındakı ənənəvi kəsərsizlik isə davam edirdi. Onsuz da "qartallar"ın, adətən, bir "patron"u olur. Buna baxmayaraq, qonaqlar 30-cu dəqiqədə növbəti qola çox yaxınlaşdı. Amma Qismətin rəqibin üç futbolçusunu aldadaraq qapı önünə göndərdiyi topa dəqiq zərbə endirən tapılmadı. Burda nə Utziq, nə də Rəhim yaxşı oynadı. Nəticədə Emil müdaxilə edərək təhlükəni sovuşdurdu. Daha sonra Fuad uzaqdan zərbəylə bəxtini sınasa da, alınmadı. Onun birinci hissənin sonuna yaxın eyni tərzdə cəhdi də fayda vermədi. Fuad Rəhimin ötürməsini qapıya yönəltsə də, Atanqananın toxunuşundan sonra top tirə dəydi.

Fasilədən sonra da "qartallar"ın ikinci qolu vurmaq üçün "qanad çırpdığı" epizodlar bir-birini izlədi. "Qırmızı-qaralar" isə nisbətən zəif təsir bağışlayırdı. Öncə Atanqana Rəhimin sol cinahdan ötürməsinin qarşısını aldı. Daha sonra Tetteh komandasını hesabda önə çıxara bilərdi ki, top qapıdan aralı keçdi. Ardınca Xalayla istəklə irəli atıldı. O, komanda yoldaşına ötürmə vermək istəyirdi. Lakin Renato “sürüşmə” fəndiylə israilli hücumçunun qarşısını aldı. Matç bura qədər yaxşı irəliləyirdisə, 2-ci hissənin ortalarında futbolçular arasında yaranan gərginlik ümumi tempə mənfi təsir etdi. Çünki "Qəbələ"nin futbolçuları bir qədər kobud müdaxilələrlə keçilməz səddə çevrilən Renatoya qəzəblənmişdi. Bu ərəfədə Utziq qeyri-dəqiq zərbəylə yadda qaldı. Sanki "qırmızı-qaralar"ın sabiq oyunçusu köhnə komandasına qol vurmaq istəmədi. Hər halda, peşəkara yaraşmayan epizodu başqa cür dəyərləndirmək olmur! Ardından Renatonun başla zərbəsi də eyni uğursuzluğa düçar oldu. "Zirə" matçın son dəqiqələrində daha dinamik oyun göstərdi. Qonaqlar "Qəbələ"ni aşkar üstələyirdi. Burda Atanqana Rəhimin Kulaça ötürmə verməsinə maneə oldu. Daha sonra Məqsəd qapıya uzaq nöqtədən bəxtini sınasa da, rəqibin qolkiperi topa yiyələndi. İsayev çox keçmədən yenidən qapı önünə ötürmə verdi. Burda Kulaç və Renato ardıcıl zərbələrlə diqqəti çəksə də, Atanqana keçilməz idi. O, Qismətin künc zərbəsindən qapı önünə göndərdiyi topu da ustalıqla uzaqlaşdıra bildi. Bu ərəfədə Salifunun qeyri-dəqiq zərbəsi də qeydə alındı. Ümumiyyətlə, Atanqana bəhs etdiyimiz epizodlardakı seyvlərlə matçın qəhrəmanına çevrildi. Sonda bütün cəhdlərə baxmayaraq, hesab dəyişmədi. "Qəbələ" müdafiə xəttinin etibarlı oyunu, "Zirə" isə çoxsaylı hücum cəhdləri sayəsində 1 xala yiyələndi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-02-2023, 14:0

Lider uzaqlaşdı, “Qəbələ” 4-cü pilləyə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

6-04-2023, 17:0

"Qəbələ"nin "Zirə" ilə 33-cü dueli

Premyer-liqa / Manşet

12-05-2023, 20:0

Zirədə qollu bərabərlik - YENİLƏNİB

Premyer-liqa

5-11-2022, 10:0

"Qəbələ"də 31-ci duel

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Ölkə futbolu / Manşet

29-10-2023, 21:0

“Kəpəz-2”dən qələbə, BOS-da bərabərlik

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə