Klub prezidenti Mirheydər Səfiyev bir müddət öncə saytımıza verdiyi açıqlamada AFFA İcraiyyə Komitəsinin iclasından sonra bütün məsələlərə aydınlıq gətirəcəyini bildirmişdi. “Football-plus.az” olaraq, həm transfer fəaliyyətini, həm də baş məşqçi postunun kimə həvalə ediləcəyini öyrənmək üçün yenidən İmişli təmsilçisinin rəhbəriylə əlaqə saxladıq:
“Baş məşqçi məsələsi hələ qalır. Ayın sonuna qədər bu barədə bir qərar verəcəyik. Büdcədə dəyişiklik gözlənilmədiyindən köhnə büdcəyə uyğun işlərimizi görməyə çalışırıq. Hələ ki heç bir transferimiz olmayıb. Köhnə heyətimizdən də ayrılan yoxdu”.
KAMAL SƏFƏR






